“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsi stansiyaların fəaliyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasını təmin etmək məqsədi ilə bütün müəssisələrində məsul növbətçilərin say tərkibini artırıb və qəza-bərpa briqadaları yaradıb.
Bu barədə “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Qurum rəsmisinin sözlərinə görə, ASC-nin elektrik enerjisinin ötürülməsi İdarəsi tərəfindən elektrik verilişi xətləri və yarımstansiyaları növbədənkənar təftiş edilib və bütün regional enerji şəbəkələri günün tələbinə uyğun iş rejiminə keçirilib.
“Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub. Hazırda qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji”nin strukturuna daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib” – Y.Babanlı qeyd edib.
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
