Bazar ertəsi , 27 May 2024
Drone Cameras

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Guardian” beynəlxalq araşdırmaya istinadən yazır.

Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyini qeyd edib. Respondentlərin daha 21 faizi “X Virus”unun bütün dünya üçün təhlükəyə çevriləcəyinə əmindir.

“Qrip hər qış ortaya çıxır. Bu epidemiyaları kiçik pandemiya adlandırmaq olar. Onlara az-çox nəzarət edilir, çünki səbəb olan müxtəlif ştamlar kifayət qədər virulent deyil. Lakin bu, həmişə belə olmayacaq”, – Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsiya bildirib.

Bundan əlavə, sorğuda iştirak edən alimlərin 15 faizi “Sars-CoV-2″nin yenidən pandemiyaya səbəb ola biləcəyinə əmindir.

Check Also

AQTA 42 ticarət və 75 ictimai iaşə müəssisəsində pozuntular aşkarlayıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar ötən 2 gün ərzində 46 ticarət …