Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Həndbol çempionatı: “Qarabağ” “Azəryol”a qalib gəlib

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XVII turun oyunu keçirilib.

Boyukmillet.com xəbər verir ki, turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəliblər.

“AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydana lider “Kür”lə 2 xallıq fərqi aradan qaldırmaq üçün çıxmıb. İlk “dördlük”də qərarlaşan “Qarabağ” isə turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan qarşılaşmanı “Qarabağ” 35:34 (18:18) hesablı qələbə ilə başa vurub.

Check Also

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb. Boyukmillet.com xəbər verir ki, …