Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

“Ailə, qadın və uşaq məsələləri” qrupuna aid QHT-lərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ailə, uşaq məsələləri üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şuraya “Ailə, qadın və uşaq məsələləri” qrupundan üzv seçilən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri, Şuranın katibi Nərgiz Eyvazova çıxış edərək görüşün təmsil etdiyi qurumun dəstəyi ilə həyata keçirilən layihələrin yekunlarını müzakirə etmək, QHT-lərin qarşılaşdıqları problemlər və onların həlli üçün rəy və təklifləri dinləmək məqsədi ilə keçirildiyini deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016-cı ildə ailə, qadın və uşaq məsələləri istiqaməti üzrə 22 layihəni maliyyələşdirdiyini bildirib. F.Qurbanov hazırda QHT-lərdən hesabatların qəbulu prosesinin yekunlaşmaq üzrə olduğunu və Katibliyin bu sənədləri təhlil edərək müvafiq arayış hazırlayacağını deyib. İcraçı direktor QHT-lərin maraq dairələrinə və potensiallarına uyğun olaraq konkret sahələr üzrə ixtisaslaşmasının icra etdikləri layihələrin keyfiyyətinin də artmasına xidmət edəcəyini qeyd edib.

Toplantıda çıxış edən İradə Yaqubova, Şəkərxanım Əliyeva, Cavid Rəhimov, Fariz Əkbərov, Əli Fərzəliyev, Sevda Tahirli, Rəhman Quliyev, Südabə Şirəliyeva, Günay Mustafayeva, Təranə Əhməd, Fatimə Hacıbəyli və digər QHT sədrləri layihələrin icrası zamanı Şura Katibliyinin əməkdaşlarının onlara yaxından köməklik göstərdiyini bildiriblər. QHT təmsilçiləri həmçinin təkliflərini səsləndiriblər.

Tədbirin sonunda Şura üzvü Nərgiz Xələf QHT rəhbərlərinin suallarını cavablandırıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir