Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Xırdalanda 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqilləri yanıb, sakinlər təxliyə edilib

FHN-in “112” qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Boyukmillet.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin yandığı müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bina sakinləri təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …