Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistan yenə də KTMT-nin təlimlərinə qatılmaqdan imtina edib

Yerevan  Novosibirskdə baş tutacaq “Kobalt-2024” manevrlərində iştirak etməyəcək

Ermənistanın yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə qatılmadığı bildirilir.

Bu dəfə Yerevan avqustun 14-dən 16-dək Novosibirskdə baş tutacaq “Kobalt-2024” manevrlərində iştirakdan imtina edib.

Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”.

Ermənistan bundan əvvəl, 2023-cü ilin dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.

Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.

Mayın 8-də isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarında nəzərdə tutulmuş fəaliyyətini maliyyələşdirməyəcəyini açıqlamışdı.

Check Also

ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub

ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib. Boyukmillet.com …