Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Sumqayıtda evdə partlayış olub, xəsarət alan var

Sumqayıt şəhərində evdə partlayış olub, xəsarət alan var.

Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb.

Partlayış nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Nağıyev Turac Telman oğlu termiki yanıq xəsarətləri alıb.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisəyə ilkin səbəb kimi qaz sızması göstərilir.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …