Bazar , 7 Dekabr 2025
Drone Cameras

Türkiyə və Yunanıstan liderlərinin ABŞ-də müzakirə edəcəkləri məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə görüşəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, həmçinin qanunsuz miqrasiya və Kiprdəki durum barədə danışacaqlar.

Onlar həmçinin Egey və Şərqi Aralıq dənizindəki problemlər barədə də fikir mübadiləsi aparacaqlar.

Liderlərin qarşılıqlı etimad mühitinin artırılması istiqamətində müzakirələr aparması da gözlənilir.

Qeyd edək ki, bu onların il ərzindəki altıncı görüşü olacaq.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …