Çərşənbə axşamı , 8 Aprel 2025
Drone Cameras

Hulusi Akar: Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir

Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edir.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar “Haber7”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə təkcə özünün yox, həm də dost və qardaş ölkələrin maraqlarını müdafiə edir: “Müdafiə sənayesi məhsullarımız həm də bunun üçündür”.

H.Akar söyləyib ki, indi Türkiyə ordusu hər zamankından daha güclü olmalıdır: “Bəzən güc tətbiqinə də ehtiyac olur. Əgər diplomatiya dərmandırsa, hərbi güc cərrahi müdaxilədir”.

Check Also

Hakan Fidan İsrailə xəbərdarlıq edib

“İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır, seçdiyi vektor yəhudi dövlətinə sabitlik gətirməyəcək”. Boyukmillet.com …