Cümə axşamı , 24 Oktyabr 2024
Drone Cameras

Nazir: Ankarada terror aktını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib

Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində məlumat verib.

“TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik. Xainin Rojger ləqəbli PKK üzvü Əli Örek olduğu məlum olub”, – o qeyd edib.

Nazir qeyd edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ müəyyənləşdirilir.

Check Also

İranda nüvə müəssisəsinin yaxınlığında yanğın meydana gəlib

İranın paytaxtı Tehranın qərbində nüvə müəssisəsinin yaxınlığında yanğın meydana gəlib. Boyukmillet.com xəbər verir ki, məlumatı …