Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Azərbaycan və İsveçrənin mərkəzi bankları arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“ABŞ-yə baş tutan işgüzar səfər çərçivəsində İsveçrə Milli Bankının yeni sədri Martin Şlegel ilə tanışlıqdan və məhsuldar görüşdən məmnun olduq. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin cari vəziyyətini, həmçinin hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını nəzərdən keçirdik. Sonda Martin Şlegelə məsul fəaliyyətində müvəffəqiyyətlər arzuladıq”, – deyə o qeyd edib.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …