Ağstafa sakini ehtiyatsızlıq nəticəsində özünü güllələyib.
“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağstafa rayon sakini Aqil Kazımov rayonun Düz Qışlaq kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
