Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb: ölənlər var

Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvünün olduğu bildirilir

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-ın yaydığı məlumata görə, qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb.

“Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”, – qeyd olunub.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.

İlkin məlumatlara görə, təyyarə Aktau hava limanında uçuş-enmə zolağına yaxın sahəyə çırpılıb.

Qəzadan əvvəl təyyarə hava limanı üzərində dövrə vurub.

Check Also

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu …