Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Erməni ekspert: “Ermənistanda “Qarabağlaşma” prosesi gedir”

Ermənistanda idarəetmə sistemində uzun müddətdir “Qarabağlaşma” prosesi gedir.

APA-nın Ermənistanın “Hraparak.am” saytına istinadən verdiyi məlumata görə, bunu iqtisadçı Movses Aristakesyan deyib.

O qeyd edib ki, bu proses 1999-cu il hadisələrindən sonra geniş vüsət alıb. “Qarabağlaşma” o deməkdir ki, bütün önəmli biznes sahələrinin başında Qarabağ klanının nümayəndələri yer alıb. Daha doğrusu Qarabağ düşüncəsi, yəni Rusiyaya meylli şəxslər. Biz Qarabağ üçün mübarizə aparmaq istəyirik, aparmalıyıq da, amma bu müddət ərzində bütün sahələrdə Ermənistanın müstəqilliyini, suverenliyini itirdik”.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri Karen Karapetyan da əslən Azərbaycanın Qarabağ bölgəsindədir. 

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir