Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Məşhur şokolad yağları satışdan yığışdırılır

İtaliyanın “Ferrero” şirkətinin “Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılır.

Trend-in məlumatına görə, Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlamışdı.

Tərkibində palma yağı olan “Nutella” şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azalmışdı.

Son zamanlarda “Ferrero” şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar “Nutella”nın satışını dayandırdıqlarını açıqlayıb.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir