Şənbə , 29 Mart 2025
Drone Cameras

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.

Belə ki, restoranda 3 nəfər; Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. iki naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində yaralanıb.

Hücum edən şəxslər hadisə yerindən qaçıb.

Əraziyə polis əməkdşaları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Erkan A. və Beyhan T.-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan vətəndaşı yüngül xəsarət alıb.

Polis hadisəni törədən şəxllərin saxlanılması üçün operativ əməliyyat tədbirləri keçirir.

Check Also

Yasamalda vətəndaşın evini BAŞINA UÇURDULAR – VİDEO

Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini …