Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

NATO-da xidmət etmiş Türkiyə diplomatı və zabitləri Norveçdən sığınacaq istəyib

Türkiyəni NATO-da təmsil edən bir qrup zabit və diplomatı siyasi sığınacaq almaq üçün Norveç hökumətinə müraciət edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Norveçdə çıxan “Verdens Gang” qəzeti yazıb.

Qəzetin məlumatına görə, onlar 2016-cı ilin payızınadək NATO tərkibində Norveçdə xidmət ediblər. Ancaq ötən il iyulun 15-də dövlət çevilirşinə cəhddən sonra Türkiyə hökuməti onlardan ölkəyə dönmələrini istəyib. Zabit və diplomatlar isə Türkiyəyə dönməkdən imtina edərək siyasi sığınacaq almaq üçün Norveç hökumətinə müraciət ediblər. 

Diplomatlar və zabitlərin hazırda yaşadıqları yer məxfi saxlanılır.

Norveçin Ədliyyə Nazirliyi məsələyə şərh verməkdən imtina edib. 

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir