Cümə , 27 Dekabr 2024
Drone Cameras

Uşaqların hepatit B ilə xəstələnməsi halları 2,2 dəfə azalıb

2000-ci ildən sonra uşaqlar arasında hepatit B virusu ilə ilkin xəstələnmə halları 2,2 dəfə azalıb.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildiib ki, uşaqların hepatit B-yə qarşı peyvənd olunmasına 2000-ci illərin əvvəllərində başlanılıb. Onun sözlərinə görə, peyvənd tətbiq olunanadək bu xəsləlik qeydə alınanların 38 faizi 14 yaşa qədər uşaqlar idisə, hazırda həmin göslərici cəmi 1 faizdir.

V.Qasimov bildirib ki, ölkə üzrə peyvənd planı 95-97 faiz yerinə yetirilir: “Avropanın inkişaf etmiş dövlətlərində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq, ölkəmizdə də uşaqlann 11 xəsləliyə qarşı müdafiəsi təmin edilir. Onlardan ikisinin — B tipli hemofil infeksiyaya və pnevmokok xəstəliklərinə qarşı vaksinlərin tətbiqinə son illərdə başlanılıb. Bu il poliomielitin dünya miqyasında ləğvinin yekun mərhələsi kimi peyvənd təqviminə yeni inaktivləşdirilmiş poliomielit peyvəndinin əlavə olunması, 3 valentli vaksinin 2-valentli ilə əvəz edilməsi önəmli hadisələrdən bilidir”.

V.Qasımov artıq Azarbaycanda poliomielit, difteriya, qızılca, məxmərək, göyöskürək, epidemik parotit xəsləliklərinin müşahidə edilmədiyini, bu sadalanan uğurların Ümumdünya Səhiyyə Taşkilatının Avropa Regional Bürosu tərəfindən təsdiqləndiyini söyləyib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir