Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Vəzifəli şəxslərlə bağlı bəyannamə hazırlanır

Azərbaycanda vəzifəli şəxslərlə bağlı gəlir bəyannaməsinin hazırlanması ilə əlaqədar xarici ölkələrin təcrübəsi öyrənilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı bir sıra ölkələrin hazırladıqları bəyannamələr özünü doğrultmayıb:

“Həmin ölkələrdə bu sənəd effekt vermədi. Ona görə də biz tələsmirik. Daha effektiv sənəd hazırlamaq istəyirik. Məsələ gündəmdədir və müəyyən təcrübələr öyrəniləndən sonra bu bəyənnamənin daha effekli hazırlanacağı nəzərdə tutulur”.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir