Bazar , 22 Dekabr 2024
Drone Cameras

Yanvarın 19-da ilk dərs 20 Yanvara həsr ediləcək

Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, yanvarın 18-dək ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrində keçiriləcək, xüsusi qəzetlər, bülletenlər, stendlər və guşələrin yaradılması, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil ediləcək.

Yanvarın 19-20-də Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarəti təşkil olunacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir