Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Paraqvay əsilli hücumçu “Neftçi”də baxışdadır

Antalyada qış təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” klubunun düşərgəsinə baxışa yeni futbolçu cəlb edilib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komandamızla birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir.

Qeyd edək ki, Kardozo karyerası ərzində Paraqvayın “Takuaru”, “Serro Porteno”, “Nasional”, “Deportivo Kapiata”, Portuqaliyanın “Penafiel”, “Vitoria Setubal”, “Moreirense” və Perunun “Leon Huanuco” klublarının şərəfini qoruyub.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir