Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.

Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları – 2001-ci il təvəllüdlü Əhmədi Enamullah Əbdülqafar və 2002-ci il təvəllüdlü Taimani Cavid Muhəmmədəzim saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …