Cümə , 30 Yanvar 2026
Drone Cameras

Tramp İsraili HƏDƏLƏDİ – “Ərəb ölkələrinə söz vermişəm…”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsrailin İordan çayının qərb sahilini mümkün işğalına yol verməyəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Time” jurnalına müsahibəsində deyib.

Tramp belə bir addımın baş verəcəyi təqdirdə ABŞ-ın yəhudi dövlətinə yardımını tamamilə dayandıracağını vurğulayıb.

“Buna imkan verilməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Onlardan böyük dəstək aldıq və İsrail indi işğala gedə bilməz. Əgər belə bir şey baş verərsə, İsrail ABŞ-ın bütün dəstəyini itirəcək”, – deyə Tramp bildirib.

Check Also

İspaniya Qazaxıstana 90 min dollar məbləğində vəzifə saxtakarlığında təqsirləndirilən gömrük əməkdaşını təhvil verib

İspaniya Qazaxıstana vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə və vəzifə saxtakarlığında şübhəli bilinən keçmiş gömrük orqanları əməkdaşını …