Şənbə , 21 Dekabr 2024
Drone Cameras

12 rayonda torpaqların elektron uçotunun aparılması yekunlaşıb

Müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Artıq 12 rayonda işlər tamamlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Trend-ə verilən məlumata görə, bunu ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı keçirilən respublika üzrə regional İşgüzar Forumda deyib.

Xidmət rəisi bildirib ki, bu rayonlarda uçot işinə 289 bələdiyyə ərazisi, 651.2 min hektar torpaq sahəsi, 401 min torpaq parseli cəlb olunub. Eyni zamanda, həmin ərazilərin torpaqlarının bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri paralel olaraq aparılıb. 9 rayonda isə tamamlama ərəfəsindədir.

Bu işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Hazırda yeni texnologiyaların istehsalata tətbiqi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Bildirilib ki, komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu informasiya sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində ölkədə torpaq ehtiyatlarının idarə olunmasında, torpaq balansının tərtib edilməsində, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə subsidiyaların verilməsində, torpaq bazarının təşkilində, torpaq üzərində hüquqların qeydə alınmasında, torpaq üzərində bütün münasibətlərin tənzimlənməsində mövcud olan bir sıra problemlərin həlli təmin ediləcək.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir