Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilib

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilib.

Boyukmillet.com-un məlumatına görə, Mürted Hava Bazası Komandanlığında keçirilən vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhid hərbçilərin yaxınları iştirak ediblər.

Vida mərasiminin ardınca cənazələr hərbçilərin doğulduğu bölgələrə göndərilib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …