Bazar , 22 Dekabr 2024
Drone Cameras

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Naxçıvan Muxtar Respublikasında səfərdədir

Fevralın 1-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş olub.
Ali Məclisin Sədri Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında səmimiyyətlə salamlamışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin əsasının 2012-ci ildə qoyulduğunu bildirən Ali Məclisin Sədri bu əlaqələrin davamı olaraq dəvətini qəbul edib Naxçıvan Muxtar Respublikasına səfərə gəldiyinə görə Acarıstan Muxtar Respublikası Hökumətinin sədrinə təşəkkürünü bildirərək deyib: Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında əlaqələr mehriban dostluğa və qardaşlığa əsaslanır. Qarşılıqlı səfərlər nəticəsində ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr yaradılıb. Bu gün Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti səmərəli əməkdaşlığa malikdir. Səhiyyə sahəsində də əlaqələrimizin böyük potensialı vardır. Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gətirilməsi qarşılıqlı xoş məramın ifadəsidir. Əlaqələrimizin genişləndirilməsi üçün imkanlar böyükdür. Bu imkanların nəticəsidir ki, nəqliyyat sahəsində də əlaqələr yaradılmış, birbaşa Naxçıvan-Batumi avtobus marşrutu açılıb. Bu marşrutun işə düşməsi iki dost muxtar respublika arasında əlaqələri daha da möhkəmləndirəcəkdir.
Ali Məclisin Sədri bir daha Zurab Pataradzeni Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmiş, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri seçilməsi münasibəti ilə təbriklərini çatdırmış, məsuliyyətli vəzifədə uğurlar arzulayıb.
Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfərə dəvətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, ilk xarici səfərlərindən birini onlar üçün doğma olan Naxçıvana etməkdən məmnunluğunu bildirib. Qonaq demişdir ki, ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Bu gün Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikasını işgüzar münasibətlər və dostluq əlaqələri birləşdirir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verir, iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq möhkəmlənir.
Görüşdə bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylərin göstəriləcəyinə əminlik ifadə olunub.
Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılov görüşdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir