Drone Cameras

Dövlət Komitəsi xidmətlərdə sənədləri minimuma endirdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) xidmətləri elektronlaşdığından tələb olunan sənədlərin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanıb.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

SMPDK tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, digər dövlət orqanlarında mövcud olan informasiya ehtiyatlarından istifadə imkanlarının artırılması xidmət istifadəçilərindən tələb olunan sənədlərin azalması ilə nəticələnəcək. Elektron xidmətlərin tətbiqi ilə əlaqədar tələb edilən rəsmi sənədlərin sayının azaldılmasının təmin edilməsi ilə bağlı artıq bir neçə normativ hüquqi akt layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunub.

Dövlət Xidmətlərinin Elektron Reyestrinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14 xidməti daxil edilib. Bu xidmətlərdən 12-si Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanına əsasən elektronlaşdırılıb və “Elektron hökumət” portalına inteqrasiya olunub. Bunlar uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi (patent), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, standartlaşdırma sahəsində normativ sənədin qeydiyyatı və digər sahələri əhatə edir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 27 aprel 2016-ci il tarixli 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndi elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsini nəzərdə tutur.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir