Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb

Rusiya səfirliyi İrandakı vətəndaşlarına növbəti xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, diplomatik nümayəndəlik İranı tərk etmək üçün ən optimal marşrutlar kimi Azərbaycan və Ermənistan istiqamətlərini göstərib. Açıqlamada qeyd olunur ki, İranı Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçərək tərk etmək mümkündür, lakin bunun üçün əvvəlcədən Azərbaycan tərəfinin müvafiq icazəsinin alınması vacibdir.

Alternativ marşrut kimi isə İran–Ermənistan sərhədində yerləşən Norduz–Aqarak keçid məntəqəsi göstərilir. Vətəndaşlara səfər zamanı diqqətli və ayıq-sayıq olmaları tövsiyə olunub.

Bundan əvvəl də Rusiya Federasiyasının İrandakı səfirliyi öz vətəndaşlarına mümkün olduqda İranı tərk etməyi, növbəti xəbərdarlığa qədər bu ölkəyə səfərlərdən çəkinməyi və təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi məsləhət görmüşdü.

Hazırda Azərbaycan istiqamətində Astara keçidi, Ermənistan tərəfdə isə Aqarak əsas çıxış yolları kimi göstərilir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …