Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiyanın peyk televiziya operatoru Azərbaycan bazarına girmək istəyir

Rusiyanın peyk televiziya operatoru olan “Orion Ekspress” şirkəti Azərbaycan və Ermənistan bazarına çıxmağı planlaşdırır. “Report”un “Comnews” saytına istinadən verdiyi məlumata görə, şirkət Cənubi Qafqaz regionunda 2017-ci ildən fəaliyyətini genişləndirmək niyyətindədir. Bundan başqa, şirkət Qazaxıstan və Ukrayna bazarı ilə maraqlanır. Lakin Ukrayna ilə siyasi vəziyyət, Qazaxıstanda isə bu bazarın tənzimləmə qaydaları şirkətin bu planlarına çətinlik törədir.

Qeyd edək ki, 2016-cı ilin yazında “Orion Ekspress” və Gürcüstanın “Super TV” MMC bu ölkənin ərazisində peyk televiziya yayımına başlayıb. 2016-cı ilin ikinci yarısında layihəyə 500 abunəçi qoşulub.

“Orion Ekspress”in maliyyə gəlirləri 2016-cı ildə 3,5 mlrd. rubl təşkil edib. Bu, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 2% çoxdur. Şirkətin il ərzində abunəçi bazası 5% artaraq təxminən 3 000 ev təsərrüfatı səviyyəsinə çatıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir