Şənbə , 14 Noyabr 2026
Drone Cameras

Yeni dövlət rüsumunun məbləği açıqlandı

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Boyukmillet.com-un məlumatına görə, dəyişikliklərə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir.

Layihəyə görə, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …