Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda liseydə yanğın olub

Bakıda liseydə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli lisey binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir-birinə bitişik oturacaqlar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub.

Lisey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir