Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Rusiya Ermənistanı Ukraynanın taleyi ilə hədələdi: Uşakovdan SENSASİON bəyanat

Ermənistan ətrafında yaranmış vəziyyət Moskvanın da üzv olduğu “inteqrasiya birliklərinə zərbə vurmaq cəhdidir”.

Boyukmillet.com-un məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.

“Yeri gəlmişkən, Ermənistanın siyasi və xarici iqtisadi tərəddüdləri timsalında biz “qaydalara əsaslanan nizam” tərəfdarlarının birbaşa ölkəmizin də iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmaq üçün göstərdiyi israrlı cəhdləri görürük”, – deyə Uşakov bildirib.

O, həmçinin əlavə edib ki, hazırda “əsrlər boyu yanaşı yaşamış, hər zaman bir-birinə kömək etmiş xalqların tarixini və coğrafiyasını yenidən nəzərdən keçirməyin mümkünlüyünə dair illüziya xarakterli təsəvvürlər aşılanır”.

Rusiya prezidentinin köməkçisi xəbərdarlıq edərək, “Ukrayna ətrafındakı vəziyyətə baxdıqda, bütün bunların hansı faciəyə gətirib çıxara biləcəyi aydın görünür”, – deyə vurğulayıb

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …