Şənbə , 14 Noyabr 2026
Drone Cameras

İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib

İran Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərib.

Boyukmillet.com “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin yeni hərbi müşaviri Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, Tehran hərbi əməliyyatların dayandırılması, İran aktivlərinin blokdan çıxarılası, eləcə də regionda, o cümlədən Livan və Qəzza zolağında müharibələrin dayandırılmasını tələb edir.

“ABŞ öz mövqeyini dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər boğaz açılmayacaq”, – Rezai bildirib.

O həmçinin vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazı üzrə razılaşma su yolunun açılması məsələsinə heç bir təsir göstərməyəcək.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …