Çərşənbə , 28 Oktyabr 2026
Drone Cameras

ABŞ Şərqi Sakit okeanda gəmini məhv edib

ABŞ hərbçiləri Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan gəmini məhv edib. Əməliyyat zamanı beş nəfər öldürülüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığı ilə birbaşa əlaqəli olduğunu göstərib.

Qeyd edək ki, 2025-ci ilin payızından ABŞ hərbçiləri narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Karib dənizində və Şərqi Sakit okeanda gəmiləri hədəf alır. ABŞ mediasının məlumatına görə, “Cənub Nizəsi” adlandırılan əməliyyat gözlənilən nəticələri verməyib.

Check Also

ABŞ hərbi bazasına görə Milli Təhlükəsizlik Şurası toplanır

Polşa prezidenti Karol Navrocki Milli Təhlükəsizlik Şurasının qapalı iclasını çağırıb. Boyukmillet.com xəbər verir ki, məlumatı …