Cümə , 30 Oktyabr 2026
Drone Cameras

Biləcəridə hotelin fəaliyyəti dayandırılıb – FOTO

Bakının Biləcəri qəsəbəsində hotelin fəaliyyəti dayandırılıb.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında yerləşən mehmanxananın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Biləcəridə hotelin fəaliyyəti dayandırılıb - FOTO

Check Also

Vəzifəli şəxs külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda məniməsəmədə ittiham olunur. Ucar rayon Mərkəzi Xəstəxanasının aptek …