Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Azərbaycanda uşağın doğulmasına görə ödəniləcək məbləğ 1500 manat olur

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. 

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2026-cı ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.

Check Also

DSMF-nin növbəti il üçün gəlir və xərcləri AÇIQLANDI

Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 9 220 500 000,0 manat proqnozlaşdırılıb. Bunu …