İranın Azərbaycandakı səfirliyi Ermənistanın “Artsaxın səsi” musiqi qrupunun İranda konsert verəcəyi ilə bağlı məlumata münasibət bildirib.
Səfirlikdən “Report”a verilən məluamata görə, diplomatik nümayəndəlik bu məlumatı İranın Xarici İşlər Nazirliyi və Mədəniyyət və İslam Maarifləndirilməsi Nazirliyinə göndərib.
“Müvafiq qurumlar bu məlumatları yoxlayacaq”, – deyə səfirlikdən bildiriblər.
Qeyd edək ki, Ermənistan mətbuatı ermənilərin “Artsakın səsi” adlı musiqi qrupunun fevralın 8-də İranda konsert proqramı ilə çıxş edəcəyi haqqında məlumat yayıb. Qrupun İran İslam İnqilabının 38-ci ildönümünə həsr edilən tədbirlərində iştirak edəcəyi planlaşdırılıb.
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
