Böyük Britaniya Naxçıvanla dörd sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə Naxçıvanda səfərdə olan Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman jurnalistlərə məlumat verib.
Səfir infrastruktur, xüsusilə dəmir yolu və yaşıl enerjini önə çəkib. Digər iki istiqamət isə turizm və kənd təsərrüfatıdır.
Normanın sözlərinə görə, görüşlərdə Naxçıvanın dəmir yolunu yeniləmək üçün Britaniya təcrübəsindən necə yararlana biləcəklərini müzakirə ediblər. Günəş enerjisindən istifadə və elektrik şəbəkələrini birləşdirən xətlər barədə də danışıblar.
Naxçıvanda muzeylərə və tarixi məkanlara baş çəkdiyini deyən səfir bölgənin turizm mərkəzinə çevrilə biləcəyini vurğulayıb. Britaniyanın kənd təsərrüfatına necə dəstək verə biləcəyi isə hələ araşdırılır. Səfir həmçinin bildirib ki, Britaniyanın “Chapman Taylor” şirkəti Naxçıvan şəhərinin 20 illik baş planını hazırlayır.
Mirağa Qafarov
Boyukmillet.com
Boyukmillet.com Biz yanmasaq vətən yanar

