Türkiyə ilə Azərbaycan arasında parçalanma yaratmağa cəhd edənlər mənasız bir işlə məşğuldurlar.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarəkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Türkiyə Prezidenti qeyd edib ki, bu birliyin bəzi dairələri narahat etdiyi məlumdur.
“Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdikdə hansı addımları ata bildiyini görmək üçün tarixə nəzər salmaq kifayətdir. Biz fərqli dövlətlərik. Eyni zamanda fərqli institusional strukturlara malikik. Bununla belə, qardaşlıq telləri ilə bir-birimizə sıx bağlıyıq. Bu bağ bizi ayaqda saxlayan, güclü edən ən mühüm amildir. Qardaşlığımız ortaq tariximizin, ortaq mədəniyyətimizin və gələcək nəsillərə miras qoyacağımız böyük irsin ən möhkəm təminatlarından biridir”.
R.T.Ərdoğan Türkiyə ilə Azərbaycan arasında həmrəylik, tale birliyi və qardaşlıq münasibətlərinin mövcud olduğunu da ifadə edib.
“Türkiyə və Azərbaycan bundan sonra da regionda sülhün, sabitliyin və rifahın təmin olunması naminə çiyin-çiyinə addımlamağa davam edəcək”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

