Çərşənbə , 25 Noyabr 2026
Drone Cameras

Bakı metrosu gücləndirilmiş rejimə keçir

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata əsasən, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; “İçərişəhər–Həzi Aslanov” və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.

Check Also

Bakı sakininin övladları internat məktəbindən niyə çıxarılır? – ŞİKAYƏT və RƏSMİ CAVAB

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini Əzizov Vidadi Niyətulla oğlu övladlarının təhsil aldıqları məktəbdən …