Bazar , 15 Noyabr 2026
Drone Cameras

Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq

Estoniya Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu barədə “X” sosial şəbəkəsində bildirib.

“Estoniya dekabrın 1-də bütün Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq”, – o yazıb.

Estoniyanın xarici işlər naziri bu tədbirləri noyabrın 14-ə keçən gecə Estoniya müdafiə şirkətinə qarşı baş verən “təxribat hücumu” ilə əlaqələndirib.

Nazir əlavə edib ki, qərarı barədə Finlandiya, Latviya və Litva həmkarlarını məlumatlandırıb.\\report.az

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …