ABŞ prezidenti Donald Tramp Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefonla ikitərəfli münasibətləri və terrorizmə qarşı mübarizəni müzakirə edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla telefonla ABŞ-la Türkiyə arasında sıx və çoxdankı münasibətlər və terrorizmin bütün formalarına qaşı mübarizə haqqında danışdı”, – deyə xəbərdə bildirilir.
“Prezident Tramp yenidən ABŞ-ın Türkiyəyə NATO-dakı strateji partnyoru və müttəfiqi kimi dəstəyini bildirdi və İŞİD-ə qarşı mübarizə kampaniyasında Türkiyənin töhfəsini alqışladı”, – deyə Ağ Ev qeyd edib.