Bazar , 8 Sentyabr 2024
Drone Cameras

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Fevralın 17-də İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.
“Azpromo”dan “Report”a verilən məlumata görə, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Gaxaria və digər şəxslərin (rəsmi və iş adamları) iştirakı gözlənilir.
Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.
Azərbaycanın nümayəndə heyətinin tərkibində İstanbul səfərində iştirak etmək istəyən sahibkar və şirkətlərdən tədbirdə onları təmsil edəcək nümayəndələrinin adını, soyadını və vəzifəsini qısa müddət ərzində “Azpromo”ya (tel.: (012) 598 01 47/48 (daxili: 123, 119), e-mail: [email protected]) bildirmələri xahiş olunur.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir