Bazar , 22 Dekabr 2024
Drone Cameras

İsmayıl Ağayev: “Azərbaycan Prezidenti bütün dünyaya ciddi mesaj vermişdir”

Bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası prezident İlham Əliyevin siyasi iradəsinin bir daha göstəricisidir. Bu sözləri BDM sədri İsmayıl Ağayev mətbuata açıqlamasında bildirib. O, daha sonra qeyd edib ki, 3 dövlətin vətəndaşlıq statusundan və erməni diasporunun havadarlığı hesabına ölkəmiz əleyhinə açıq aşkar düşmənçilik mövqeyi tutmuş Lapşinin hərəkətləri beynəlxalq və Azərbaycan qanunlarının ciddi şəkildə pozuntusudur. Bu sadə cinayət hadisəsi deyil, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı həyata keçirilmiş ağır cinayət halıdır. Bu baxımdan Belarusiya hüquq mühafizə orqanlarının ekstradisiya qərarı tam qanunidir və Azərbaycan məhkəməsinin ona layiq olduğu cəzanı verəcəyinə inanıram. Azərbaycan Prezidenti ölkəmizin Qarabağ məsələsində bir daha prinsipiallığını ortaya qoymaqla həm işğalçı Ermənistana, həm də bütün dünyaya ciddi mesaj vermişdir.

Könül Vaqifqızı

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir