Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Bəşər Əsəd: “Əsirlikdə olan bütün hərbi və dinc vətəndaşlar azad olunacaq”

Suriya prezidenti Bəşər Əsəd bütün hərbi əsirlərin və girov götürülən dinc sakinlərin azad olunacağına söz verib.

“Report” SANA-ya istinadən xəbər verir ki, o bunu terrorçulardan azad edilən onlarla qadın və uşaq əsirlə görüşü zamanı bildirib.

Görüşdə prezidentin həyat yoldaşı Əsma Əsəd də iştirak edib və hökumətin əsirlikdən azad olunan qadın və uşaqların lazımi bərpa prosesini keçmələrinə kömək rdəcəyini deyib.

“Biz sizə mümkün qədər tez bir zamanda əvvəlki həyat tərzinizə qayıtmağı və evlərinizdə ailələrinizə qovuşmağı arzu edirik”, – deyə o əlavə edib.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir