Cümə , 27 Fevral 2026
Drone Cameras

Stolüstü tennisçilərimiz “Çexiya Open” turnirində uğurla çıxış edirlər

Çexiyanın Xodonin şəhərində Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan “Çexiya Open” turnirində şəxsi oyunlar başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, 36 ölkədən 301 idmançının qatıldığı çempionatda oğlan tennisçilərimiz qızıl və gümüş medal qazanıblar.

Tennisçilərimiz Yang Xinyu və Vanq Çenxi dörddəbir finalda Danimarka və Çexiya, yarımfinalda isə Almaniya və Moldova idmançılarına qalib gələrək finala çıxıblar. Final oyunu iki Azərbaycan tennisçisi arasında keçirilib.

Qeyd edək ki, çempionat komanda yarışları ilə davam edir.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir