Bazar , 22 Dekabr 2024
Drone Cameras

İordaniya Senatının prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayezin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə İordaniyanın sabiq Baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali daxildir.

İordaniya II, III və IV Qlobal Bakı forumlarında da geniş nümayəndə heyəti ilə təmsil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq Baş nazir Taher əl-Masri yanvar ayında Misirdə keçirilmiş Mərkəzin Ali Səviyyəli Toplantısına da qatılıb.

Martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumda bir sıra dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları da daxil olmaqla 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.

“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir