Çərşənbə , 3 İyul 2024
Drone Cameras

ABŞ-da “Mühacirsiz gün” aksiyası keçiriləcək

Mühacirlər fevralın 16-da ABŞ-ın bir sıra iri şəhərlərində keçiriləcək “Mühacirsiz gün” aksiyası çərçivəsində işə çıxmamağı planlaşdırırlar.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, aksiya iştirakçıları bununla mühacirlərin ABŞ iqtisadiyyatında nə qədər vacib rol oynadığını nümayiş etdirmək, həmçinin ABŞ Prezidenti Donald Trampın miqrasiya siyasətinə narazılıq bildirmək istəyirlər. Aksiyanın bütün ölkə ərazisində, o cümlədən Vaşinqton, Boston, Filadelfiya, Hyuston, Çikaqo və Nyu-York şəhərlərində keçirilməsi gözlənilir.

Xatırladaq ki, yanvarın sonlarında ABŞ Prezidenti Donald Tramp 120 gün ərzində qaçqınların qəbulunun və 90 gün müddətinə İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişinin dayandırılması barədə fərman imzalayıb.

Fərmanın icrası federal məhkəmə tərəfindən dayandırılıb. Prezident administrasiyasının məhkəmənin qərarı ilə bağlı verdiyi apelyasiya şikayəti də təmin olunmayıb. Donald Tramp isə öz növbəsində hüquqi mübarizəni sonadək davam etdirmək niyyətindədir.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir