Türkiyədə yerli imkanlarla istehsal ediləcək Altay tankı üçün axtarılan mühərriki Ukraynada tapmaq mümkün olub.
Avropa.info xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırımın Ukraynanın baş naziri ilə görüşü zamanı məsələ ilə bağlı ilkin razılıq əldə olunub.
TÜMOSAN şirkətinin apardığı bir illik danışıqlardan sonra müqavilə qarşılıqlı olaraq ləğv edilmiş, şirkət Avstriyadan alınacaq texnoloji dəstəyə siyasi qadağa qoyulduğunu açıqlamışdı.
Bu açıqlama ilə də tankın mühərriki üçün qeyri-müəyyənlik müddəti başlamışdı. Ukraynanın müdafiə sənayesindən məsul dövlət təşkilatı “UkrOboronProm”un direktoru Roman Romanov məsələ ilə bağlı son dəyişikliklərlə bağlı “C4Defence” saytına açıqlama verib.
Romanov baş nazir Binəli Yıldırımın dəvəti ilə 14 mart tarixində Ankaraya səfər edən Ukraynanın baş naziri Vladimir Groysmanın görüş zamanı məsələnin gündəmə gəldiyini açıqlayıb.
Romanov iki baş nazirin tank mühərriki üçün əməkdaşlıqla bağlı ilkin razılıq əldə edərək memorandum imzaladığını qeyd edib. Ukrayna bu razılaşma çərçivəsində Türkiyə tərəfinə 6TD3 mühərriklərini təklif edir.
Romanov Ukraynanın İkinci Dünya Müharibəsi əsnasında ayda 200 tank istehsal etdiyini xatırladaraq təklif etdikləri əməkdaşlıq modelləri arasında bəzilərinin bir neçə ay ərzində tətbiq edilə biləcəyini deyib.