Şənbə , 21 Dekabr 2024
Drone Cameras

“Erməni hər yerdə ermənidir”

Samir Adıgözəlli: “Qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun vəkili Aslan İsmayılovla bağlı “Türkiyə İş Adamları Birliyi”nə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişik və cavab tələb edirik”

Əziz Ələkbərli: “5 milyon qərbi azərbaycanlı bu təhqirə dözə bilməz və məsələ ilə bağlı hüquqi addımlar atılacaq”

Azərbaycan Qaçqınlar Cəmiyyəti Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanlıların soyqırımı: dünən və bu gün” mövzusunda tədbir keçirib. Qaçqınlar Cəmiyyəti İdarə Heyəti üzvlərinin, qaçqınların və məcburi köçkünlərin nümayəndələrinin, Qeyri Hökumət Təşkilatları rəhbərlərinin, tanınmış ziyalıların, mütəxəssislərin iştirak etdiyi həmin tədbirdə son iki yüz ildə xalqımızın məruz qaldığı soyqırım və deportasiyaların tarixi və mərhələləri ətrafında müzakirələr aparılıb, Azərbaycan xalqının məruz qaldığı faciələr, maddi və mənəvi itki və tələfatlar nəzərdən keçirilib. Qarşıdan gələn 2018-ci ilin Azərbaycanın parçalanmasının, İrandan və Türkiyədən ermənilərin Qafqaza köçürülməsinin hüquqi-siyasi əsasını qoyan Türkmənçay müqaviləsinin 190 illiyinin, 1918-ci il soyqırımının 100 illliyinin, 1948-1953-cü illər deportasiyasının 70 illiyinin, 1988-ci il soyqırımının 30 illiyinin tamamlandığı il olduğuna xüsusi diqqət yetirilib, bu ildönümlərinin keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Tədbirdə “1988-1992-ci illərdə Ermənistandan qovulmuş qaçqınlara dəyən maddi və mənəvi ziyanın hesablanması” ilə bağlı Baş Nazirin imzaladığı Sərəncama görə Baş Nazir Artur Rasizadəyə Azərbaycan Qaçqınlar Cəmiyyəti adından Təşəkkür məktubu göndərilməsi qərara alınıb. 
Əziz Ələkbərli daha sonra bildirib ki, Ermənistanda doğulan qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun hüquqlarını müdafiə edən Aslan İsmayılovla bağlı təşkilat tərəfindən bəyanat yayılıb. Təşkilat sədri həmçinin bu məsələ ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb. O, bildirib ki, 5 milyon qərbi azərbaycanlı bu təhqirə dözə bilməz və məsələ ilə bağlı hüquqi addımlar atılacaq. Aslan İsmayılov səsələndirdiyi fikirləri təkzib etməyə çalışır. Amma bununla bağlı faktlar, video var və hər iki şəxs dediyi sözün arxasında durmalıdır”.
Əziz Ələkbərli həmçinin “Aslan İsmayılov müsahibəsində deyib ki, hətta erməniləri də Bakıda müdafiə etməyə hazırdır”, – deyə bildirib: “Yəni bu adam başa düşmür ki, soydaşlarımızı qətlə yetirən, bizə qarşı soyqırım siyasəti yürüdən bir millətdən danışır. Ermənilər isə dünyanın harasında yaşamasından asılı omayaraq əvvəlcə ermənidi, sonra hüquqşünas, alim və ya jurnalist. İnsanın öz şəxsi maraqlarını hər şeydən üstün tutmasını anlamaq olmur. Söhbət ermənilərdən gedirsə məsələyə xüsus diqqətlə yanaşılmalıdır”.
O həmçinin əlavə edib ki, türkiyəli iş adamının hansısa iqtisadi münaqişə zəmnində bizi erməni adlandırması cavabsız qalmayacaq: “Bununla bağlı cəmiyyətimiz bəyanat da yayıb. Türkiyə səfirliyinə də müraciət etmişik. Amma hələ ki, cavab yoxdur. Hüquq mühafizə orqanlarına da müraciət edəcəyik. Qərbi azərbaycanlıları təmsil edən təşkilat olaraq bu məsələdə axıra qədər gedəcəyik. Hamı anlamalıdır ki, hansı millət olmasından asılı olmayaraq böyük bir toplumu təhqir etmək olmaz. Azərbaycan Qaçqınlar Cəmiyyəti cənab Prezidentə də müraciət edəcək”. 
Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli də tədbirdə məsələyə münasibət bildirib: “Beynəlxalq Diaspor Mərkəzi Qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun vəkili Aslan İsmayılovla bağlı “Türkiyə İş Adamları Birliyi”nə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib. Aslan İsmayılov ermənilərlə şərik çalışan və biz qərbi azərbaycanlıları erməni adlandıran iş adamını müdafiə edir. Hələ utanmadan deyirlər ki, onlar Türkiyə ermənisidir? Onlara demək istəyirəm ki, erməni hər yerdə ermənidir. Harada yaşamasından asılı olmayaraq. Azərbayacana yumurta ixrac edən türk şirkətinin ermənilərlə əməkdaşlığı, şərik çalışması sənədlərlə sübuta yetirilib. İndi bu ermənilərin qazandığı pulun ASALA terror təşkilatına getməməsi bəllidirmi? Biz, Qərbi azərbaycanlıları erməni adlandıran türkiyəli iş adamı Ömür Oral və onun vəkili Aslan İsmayılovla bağlı “Türkiyə İş Adamları Birliyi”nə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişik və cavab tələb edirik”.
Samir Adıgözəlli “bu məsələ bizi çox narahat edir”, – deyə sözlərinə əlavə edib: “Bəlkə də Ömür Oral məsələni anlamayıb, başa düşməyib ki Ermənistanda doğulmaq nə deməkdir? Amma Aslan İsmayılov bunu başa düşməliydi axı. Niyə məhz bu insanlar şəxsi maraqlarını hər şeydən üstün tutur, ön plana çıxarırlar? Belə məsələlər ictimailəşəndən sonra heç kim bunun arxasında dura bilməz, o cümlədən də Aslan İsmayılov. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Aslan İsmayılovun bu addımına və açıqlamasına qarşı etiraz aksiyası keçirməliyik. Bununla bağlı aksiyalarımız və dövlət qurumlarına müraciətlərimiz nəzərdə tutulur. Mediadan isə dəstək istəyirik”.

Əli

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir